1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sumqayıt Apellyasiya Məhkəməsində əmisi arvadının qətlində təqsirləndirilən Tofiq Balacayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Azər İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Balacayev 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu ilin 21 mart tarixində Xaçmaz rayonunun Yergüc kəndində, kənd sakini Səfurə Əlişah qızı Balacayeva qətlə yetirilib. Onun qaynının oğlu, 27 yaşlı Tofiq Nofəl oğlu Balacayev tərəfindən qətlə yetirildiyinə şübhələr müəyyən olunub. Həmin şəxs saxlanılıb. O, istintaqa verdiyi ifadəsində törədiyi cinayəti etiraf edib.
Tofiq Balacayevin 66 yaşlı əmisi arvadı Səfurə Balacayevanın başına ağacla çoxsaylı zərbələr vurub öldürdüyü məlum olub.
Xaçmaz Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9 maddəsi ilə cinayət işi başlanıb.