AZ

Azadlıq radiosunun prezidenti iqtisadçı jurnalisti azad etməyə çağırıb

"Azadlıq” radiosunun prezidenti Stiven Kapus hazırda həbsdə olan iqtisadçı jurnalist Fərid Mehralızadənin azadlığa buraxılmasına çağırıb. Bu barədə Turan agentliyi yazıb. 

 "Azadlıq” radiosunun jurnalisti və iqtisadçı Fərid Mehralızadənin haqsız həbsindən beş ay keçir. Biz onun saxta ittihamlarla həbsdə qalmasından dərin narahatıq. Onun evinə, həyat yoldaşı və yeni doğulmuş qızının yanına qayıtması üçün dərhal azadlığa buraxılmasına çağırırıq", –Kapus bildirib.
 
Fərid Mehrəlızadə mayın 30-da saxlanılıb. 
 
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Fərid Mehralızadə barəsində sonuncu dəfə 3 ay 20 gün həbs qətimkan tədbiri seçilib.
 
Aytac 

www.anews.az
Seçilən
15
anews.az

1Mənbələr