Türkiyənin müxalifət lideri Özgür Özəl İstanbul sakinlərini Esenyurt yerli bələdiyyəsinin başçısı Əhməd Özerin PKK ilə əlaqədə ittiham olunaraq həbsi ilə bağlı etiraz aksiyasına çağırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Cümhuriyyət" qəzeti məlumat yayıb.
Daha əvvəl bildirilmişdi ki, polis ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasının (CHP) Türkiyədəki təmsilçisi Özeri prokurorluğun sifarişi əsasında oktyabrın 30-da səhər saatlarında saxlayıb. Hüquq-mühafizə orqanlarında onun PKK rəhbərliyinin nümayəndələri ilə çoxsaylı telefon danışıqlarına dair məlumatların olduğu iddia edilir.