İran noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərini gözləmədən İsrailin ölkəyə hücumuna cavab verə bilər.
"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat dərc edib.
"İranın hücuma cavabı çox güman ki, ABŞ-də prezident seçkiləri günündən əvvəl baş verəcək", - media yazıb.
Nəşr həmçinin əlavə edib ki, İran belə bir addım atmağa qərar verərsə, ikiqat güclü cavab zərbəsi alacaq.
Xatırladaq ki, oktyabrın 25-də İsrail Müdafiə Qüvvələri İrana kütləvi hücuma keçib. İDF hücum üçün ən son F-35 təyyarələri və çoxlu sayda pilotsuz təyyarələrdən istifadə edib.
Gülayə Mecid