AZ

Tramp amerikalıların “axmaq” müharibələrdə iştirakından DANIŞDI

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib ki, demokratlar amerikalıları xaricə “axmaq” müharibələr aparmaq üçün göndərirlər.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, siyasətçinin sözlərinə görə, Demokrat Partiyasının nümayəndələri onun tərəfdarlarını daim “irqçilər, fanatiklər, faşistlər” adlandırsalar da, eyni zamanda pul götürürlər və cinayətkarlar üçün sərhədlər açırlar.

“Onlar xalqımızı və maliyyəmizi xaricdə axmaq müharibələrlə mübarizəyə yönəldirlər”, – deyə Tramp bildirib.

Seçilən
50
medianews.az

1Mənbələr