AZ

ABŞ Hərbi Dəniz Qüvvələri törətdikləri cinayətə görə Alyaska skinlərindən üzr istəyib

Dünyaya ədalət dərsi keçən ABŞ-nin kiçik xalqlara verdiyi zülüm, törətdiyi  soyqırımı hadisələrinin sayı-hesabı yoxdur. Onlardan biri də 142 il əvvəl Alyaskada baş verib.  ABŞ Hərbi Dəniz Qüvvələri Alyaskadakı Anqun kəndinin yerlə yeksan edilməsinə görə 142 ildən sonra üzr istəyib.

KONKRET.az xəbər verir ki, bir əsr yarım əvvəl ABŞ Hərbi Dəniz Qüvvələri Alyaskanın Admiralti adasındakı Anqun kəndini tamamilə yandırıb və buna förə 142 ildən sonra alyaskalılardan rəsmi olaraq üzr istənilib. Donanmanın şimal-qərb bölgəsinin komandiri, kontr-admiral Mark Sukato Anqun kəndində ölənlərin xatirəsinə təşkil edilən mərasimdə törədilən dəhşətli cinayətdən xəcalət çəkdiyini deyib: “Dəniz Qüvvələri Tlingit xalqının ağrı və iztirablarına hörmət edir və onlara başsağlığı verir. Biz etiraf edirik ki, bu qeyri-qanuni hərəkətlər  qəbilələrin qırılmasına,  mədəniyyətlərinin itirilməsi və bir xalqın travma almasıyla  nəticələnib “.

1882-ci il oktyabrın 26-da baş vermiş hücumda  Amerika hərbçiləri ilə Alyaskanın yerli sakinləri arasında şiddətli döyüşlər gedib. Tlingit şamanın öldürülməsi isə hadisələri  daha da qızışdırıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, hadisədən sonra Anqon sakinləri Kilisnu adasındakı obyektlərə hücum edərək, iki nəfəri girov götürüb və təzminat olaraq “North West Trading Company”dən 200 ədyal tələb ediblər. Üstəlik, girovlar Amerika donanması gəlməmişdən əvvəl azad ediliblər. Amerika donanması kəndə hücum edərək 12 evi, kanoları və ərzaq anbarını dağıdıb. Minlərlə Tlingit qışda aclıqdan və soyuqdan ölüb. 1973-cü ildə hər bir Anqon sakininə hadisəyə görə 90 min dollar təzminat verilib.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
20
konkret.az

1Mənbələr