AZ

Daha 5 oyun təxirə salındı

İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti Dana qasırğasının nəticələri və daşqınlar səbəbindən İspaniya kubokunun daha 5 oyununun təxirə salındığını açıqlayıb.

Publika.az xəbər verir ki, təxirə salınan oyunların siyahısına "Manises" - "Xetafe" (qeyri-müəyyən vaxta), "Exea" - "Herkules" (6 noyabr), "Xove" - "Real Sosyedad" (qeyri-müəyyən vaxta), "Xeres" - "Seuta" (6 noyabr) və "Çiklana" - "Osasuna" (5 noyabr) əlavə edilib.

Daha əvvəl “Parla Eskuela” – “Valensiya” və “Pontevedra” – “Levante” matçları müvafiq olaraq noyabrın 6 və 11-nə təxirə salınıb.

Seçilən
33
7
publika.az

10Mənbələr