HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam briqadaları tərəfindən verilən açıqlamaya görə, Qəzza zolağının şimalında İsrail ordusuna aid 3 tank məhv edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qəssam briqadaları tərəfindən verilən açıqlamada hədəf alınan tanklardan birinin Cibaliya şəhərində, ikisinin isə Mesru Beyt Lahiya bölgəsində olduğu bildirilib.
Açıqlamada Merkava tipli olduğu bildirilən tankların partlayıcı maddələr və "Yasin-105" raketləri ilə məhv edildiyi qeyd edilib. Tanklara texniki qulluq edən dəstənin əraziyə gələn kimi piyada əleyhinə sursatlarla hədəfə alındığı, ölən və yaralananların olduğu bildirilib. Qəssam briqadalarından əvvəlki açıqlamada Qəzza şəhərinin şərqində İsrail ordusuna aid bəzi hərbi mexanizmlərin onlar tərəfindən hədəf alındığı açıqlanmışdı. Qeyd edilib ki, həmin bölgədə tank əleyhinə raketlər daşıyan “Hummer” tipli cip və buldozer də partlayıcılarla vurulub.