Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ni onun “qələbə planı” ilə bağlı məxfi məlumatları sızdırmaqda ittiham edib .
KONKRET.az xəbər verir ki, Zelenski “The New York Times” qəzetinə müsahibəsində bildirib ki, planın qapalı hissəsində Ukraynaya “Tomaqavk” qanadlı raketlərinin verilməsi nəzərdə tutulurdu. Amma Amerika rəsmiləri bunu qeyri-mümkün hesab ediblər. Bundan əlavə, Zelenski 2024-cü ildə ABŞ -nin ayırdığı yardım paketinin yalnız 10 faizini onlara gəlib çatmasından əsəbləşib. Onun sözlərinə görə, tərəfdaşlar vəd edilən bütün hava hücumundan müdafiə sistemlərini təmin etməyiblər. Kiyevdə Zelenskinin “qələbə planı”nın gizli məqamlarının müəllifi üzə çıxıb. Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bildirib ki, məxfi müddəaları ABŞ hakimiyyəti hazırlayıb. O, izah edib ki, Kiyev Rusiya ərazisindəki hərbi obyektlərin siyahısını tərtib edə bilməz. Bu, ABŞ-da real vaxt rejimində müşahidə apara bilən peyk şəbəkəsinin işidir.
Vəli Həsənoğlu,
KONKRET.az