Ermənistan xarici işlər naziri Ararat Mirzoyan erməni jurnalistlərin COP-29 konfransı üçün Bakıya səfərlə bağlı qərarın olub-olmaması ilə bağlı sualına “Xeyr” cavabını verib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri erməni mətbuatı yayıb.
Xatırladaq ki, Ermənistan hakimiyyəti bundan əvvəl BMT-nin Azərbaycanda keçiriləcək böyük tədbirində iştirak etmək üçün dəvət alıb. Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, bu tədbirdə iştirakla bağlı hələ də qərar yoxdur.
Ancaq Baş Nazir Aparatının rəhbəri Arayik Arutyunyan mövzu ilə bağlı bildirib ki, Bakıya getmək qərarına “bir çox məsələ” təsir edə bilər.
"Hraparak" saytı isə yazıb ki, Mirzoyan COP29 İqlim Konfransında iştirak etmək niyyətindədir.
Qeyd edək ki, BMT-nin COP29 iqlim konfransı noyabrın 11-22-də Bakıda keçiriləcək.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta