Bu gün futbol üzrə İngiltərə Liqa Kubokunun 2024/2025-ci il mövsümünün 1/8 final mərhələsi tamamlanıb.

Offsideplus.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma keçirilib.

Üç qolun olduğu "Aston Villa" - "Kristal Pelas" matçında qonaq komanda qalib gəlib.

Səfərdə "Brayton"la üz-üzə gələn "Liverpul", çətin qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

"Mançester Yunayted" "Lester Siti"ni, "Arsenal" isə "Preston"u darmadağınla mübarizədən kənarlaşdırıb.

"Çelsi" səfərdə "Nyukasl"a, "Mançester Siti" də "Tottenhem"ə uduzaraq mübarizəni dayandırıb.

İngiltərə, Liqa Kuboku 1/8 final mərhələsi 29 oktyabr

"Sauthempton" - "Stok Siti" 3:2

"Brentford" - "Şeffild Uensdey" 1:1 (penaltilər 5:4)

30 oktyabr

"Brayton" - "Liverpul" 2:3

"Aston Villa" - "Kristal "Pelas"1:2 

"Mançester Yunayted" - "Lester Siti" 5:2

"Nyukasl" - "Çelsi" 2:0

"Preston" - "Arsenal" 0:3

"Tottenhem" - "Mançester Siti" 2:1

Artıq İngiltərə Liqa Kubokunda 1/4 final cütləri də məlumdur. Dekabrın 18-də baş tutacaq bu mərhələnin oyunlarında aşağıdakı komandalar üz-üzə gələcəklər:

"Arsenal" - "Kristal Pelas"

"Nykasl" - "Brentford"

"Sauthempton" - "Liverpul"

"Tottenhem" - "Mançester Yunayted"