AZ

“Reanimasion xəstəliklərdə sedasiya və analgeziya”

1 noyabr 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında saat 15:00-da “Reanimasion xəstəliklərdə sedasiya və analgeziya” mövzusunda seminar həyata keçiriləcək. SİA xəbər verir ki, seminarda Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Xəyal Məmmədov geniş təqdimatla çıxış edəcək və auditoriyanı maraqlandıran sualları cavablandıracaq. Seminar həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur. Seminarda iştirak ödənişsizdir və qeydiyyatdan keçmək mütləqdir!

Seminarda iştirak üçün 051 232 66 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Seçilən
17
sia.az

1Mənbələr