Xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, Yerevan razılığın əldə oluna biləcəyi bütün sahələrdə Bakı ilə əməkdaşlığı davam etdirəcək.
Azərbaycan Ermənistanın regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı təkliflərini yarı-rəsmi olaraq alqışlayıb.
Modern.az xəbər verir ki, bu barədə cümə axşamı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlament komissiyalarının birgə iclasında ölkənin 2025-ci il büdcə layihəsinin müzakirəsi zamanı bildirib.
“Biz Azərbaycan tərəfinə təkliflər çatdırmışıq, bu təkliflər yarı-rəsmi müsbət qarşılanıb, burada da müəyyən müsbət ab-havanın formalaşdığını göstərmək üçün deyirəm”, - deyə Mirzoyan bildirib.
Yaxın vaxtlarda İrəvan Azərbaycan tərəfi ilə həm kommunikasiyaların blokdan açılması məsələsində, həm də hazırkı mərhələdə razılığın əldə oluna biləcəyi digər sahələrdə işi davam etdirəcək.
Eyni zamanda, Mirzoyan qeyd edib ki, infrastrukturlar suverenlik çərçivəsində fəaliyyət göstərməli və ərazisində yerləşdiyi ölkənin qanunları əsasında fəaliyyət göstərməlidir.
“Bundan əlavə, hər şey qarşılıqlılıq və bərabərlik prinsipi əsasında aparılmalıdır”.
Xatırladaq ki, Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayevin həmsədrliyi ilə regionda kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun sonuncu iclası 2 iyun 2023-cü il tarixində baş tutub.