AZ

31 oktyabr - Ümumdünya Şəhərlər Günüdür

Oktyabrın 31-i Dünya Şəhərlər Günüdür. Missiya.Az xəbər verir ki, BMT hər il qeyd edilən Ümumdünya Şəhərlər Günü ərəfəsində 2024-cü ildə “Gənclər iqlim dəyişikliyinin katalizatorları” mövzusu altında keçiriləcək tədbirlərin builki mövzusunun “Şəhər davamlılığı üçün yerli fəaliyyət” olduğunu bildirib. Təşkilat həmin əlamətdar günlə bağlı yeni hesabatını dərc edib. Hesabatda iqlim dəyişikliyi kontekstində görünməmiş problemlərlə üzləşən şəhərlərdə 2050-ci ilə qədər dünya əhalisinin 70 faizinin yaşayacağı proqnozlaşdırılır. 2030-cu ilə qədər insanların təxminən 60 faizi şəhərlərdə yaşayacaq, eyni zamanda, şəhər sakinlərinin 60 faizə qədərinin yaş həddi 18-dən aşağı olacaq.

Dayanıqlı İnkişaf Məqsədləri (SDG) istiqamətində irəliləyişlərə baxmayaraq, şəhərlər, xüsusilə Qlobal Cənubda yerləşən iri yaşayış məntəqələri yoxsulluq, bərabərsizlik və ətraf mühitin pisləşməsi fonunda təcili tədbirlər görülməsini tələb edir.

Hesabatda o da vurğulanıb ki, mütəxəssislər gənclərin yaradıcılıq imkanlarından istifadə etmək və davamlı inkişafa təkan vermək üçün şəhərlərin hökumətlər tərəfindən qərarların qəbuluna cəlb edilməsinin vacibliyini söyləyirlər. 2024-cü il Ümumdünya Şəhərlər Günündə keçiriləcək tədbirin məqsədi şəhərlərdə iqlim problemlərinin həllində yerli hökumətlərin və gənclərin mühüm rolunu nümayiş etdirməkdir.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
15
missiya.az

1Mənbələr