Şimali Koreya qitələrarası ballistik raketi sınaqdan keçirdiyini açıqlayıb.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi (JCS) məlumat yayıb.
Bildirilib ki, bu sınaq Şimali Koreyanın indiyə qədər qeydə alınmış ən uzun uçuş müddəti kimi tarixə düşüb.
Raket çox yüksək bucaq altında buraxılıb və təxminən 7000 km yüksəkliyə çatıb.
Yaponiya rəsmiləri raketin təxminən 86 dəqiqə uçduğunu qeyd ediblər. Raket ölkənin şərq sahillərindəki sulara düşüb.
Gülşən Şərif