AZ

"Valensiyada baş verənlərlə Bakıda olanlar arasında müqayisə aparmaq olmaz" - Ekspert

"İspaniyanın üçüncü böyük şəhəri Valensiyanı sel basması nəticəsində 90-dan çox insan həlak olub. İtkin düşənlərin olduğu deyilir. Şəhərə və şəhər sakinlərinə yüz milyonlarla ziyan dəyib".

"Unikal" xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. O bildirib ki, Valensiyada baş verənlərlə Bakıda bir neçə gün əvvəl baş verənlər arasında hər hansı müqayisə aparmaq olmaz:

"Bakıdakı tunellərə cəmi bir neçə hektar əraziyə düşən yağış suları dolaraq faciəyə, ərazidə hərəkətin iflic olmasına səbəb olmuşdu. Həmin sular sadəcə idarə edilmir (yağıntı sularını kənarlaşdıracaq sistem yoxdur, olan elementlər də bərbaddır) deyə belə nəticələr baş verdi. Valensiyanı isə sürəkli leysandan sonra coşub-daşan Turiya (və ya Turia) çayının selləri basıb. İspaniyanın ən təhlükəli və tez-tez sellərin keçdiyi çaylarından biri olan Turiyanın hövzəsi təxminən 6400 kvadrat kilometrdir (Naxçıvan MR-in bütün ərazisindən xeyli böyükdür). Bu dağ çayı mənsəbinə yaxın yerdə Valensiya şəhərindən keçir. Şəhərdən keçən hissədə onun yatağı dəyişdirilərək kənarlarına qoruyucu beton sədlər çəkilsə də dağlardan gələn sellərin qarşısını almaq mümkün olmayıb".

Ekspert qeyd edib ki, Bakıda yağıntı sularını sadəcə idarə etmək lazımdır: "Bunun sistemi bərpa edilməlidir. Bakı sel olacaq, su basacaq yer deyil".

Seçilən
92
22
unikal.az

10Mənbələr