Evi qızdırmaq üçün kombini işə salmaq istəyənlər ən uyğun temperaturu bilmək istəyirlər.
Bəs təbii qaz evi hansı temperaturda qızdırır? Minimum temperatur nə qədər olmalıdır?
Bakupost.az təqdim edir:
Havalar soyuduqca kombinin hansı temperaturda olması sualının cavabı maraq doğurub.
İstilik mühəndisliyinə görə, bir evin müxtəlif yerlərində rahatlıq şərtləri baxımından fərqli temperatur olmalıdır.
Evinizin hər otağı üçün uyğun temperatur dəyərini bilsəniz və otaqları bu temperatur qiymətlərinə uyğun qızdırsanız, kombinizi səmərəli istifadə edə bilərsiniz.
Kombinin ən aşağı temperaturu adətən 30-35 dərəcədən başlayır. Ancaq bu istilik evdə üşüməmək üçün kifayət etməyə bilər.
Otağınız üçün kombinin 55-60 ° C-də işləməsi kifayətdir.
Soyuq havalarda bu temperatur kifayət olmaya bilər. Bu vəziyyətdə onu 70 dərəcəyə qədər yandırmaq tövsiyə olunur.
Elnur
BakuPost