AZ

COP29 çərçivəsində ölkələrin götürdükləri öhdəliklərin daha da artmasını istəyirik - BMT rəsmisi

Bakı. Trend:

Vacib şərt odur ki, biz ambisiyaları gücləndirək və fəaliyyətəimkan verək. Biz COP29 çərçivəsində ölkələrin götürdükləriöhdəliklərin daha da artmasını istəyirik.

Trend xəbər verir ki, bunuBirləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezidentəlaqələndiricisi Vladanka Andreeva “Gələcəyin sədaları: İqlimfəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi”mövzusunda Dayanıqlı İnkişaf Məqsədləri dialoqunda deyib.

O, bir neçə həftə əvvəl dünya ölkələrinin Nyu-Yorkda toplaşaraqgələcək üçün paktı, qlobal rəqəmsal sazişi və gələcək nəsillərhaqqında bəyannaməni qəbul etdiyini xatırladıb və bildirib ki, bu 3saziş, sənəd imkan verəcək ki, Birləşmiş Millətlər Təşkilatı (BMT)bugünkü çağırışlara uyğunlaşsın və hamı üçün həllər təqdim etməkdədaha da güclü olsun:

"Lakin bir daha bildirim ki, əsas işimiz BMT nizamnaməsinə vəbeynəlxalq hüququn dəyər və prinsiplərinə əsaslanmaqdır. Ardıcıllıqçox vacibdir və çox vacib şərt odur ki, biz ambisiyalarıgücləndirək və fəaliyyətə imkan verək.

Biz COP29 çərçivəsində ölkələrin götürdükləri öhdəliklərin dahada artmasını istəyirik. Tədbir çərçivəsində qlobal orta temperaturartımını 1.5 dərəcədən aşağı saxlamaq üçün dünyanın kollektivşəkildə düzgün istiqamətdə addımlayıb-addımlamadığını müəyyənediləcək. Tədbirə ev sahibliyi edən kimi Azərbaycan töhvələriniCOP29-dan əvvəl təqdim edəcək. Lakin bilirik ki, iddialarözü-özlüyündə kifayət deyil. Biz icra prosesini genişləndirməliyikvə iqlim maliyyələsini artırmalıyıq.

Sözsüz ki,iqlim maliyyəsi yeni kollektiv kəmiyyət məqsədi,inkişaf etməkdə olan ölkələrin təsirinin azaldılması, adaptasiyaməsələləri daxil olmaqla COP29 gündəliyində əsas mövzuyaçevriləcək. Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün adaptasiyavə mitiqasiya baxımından çox mühüm vəsaitdir".

Seçilən
5
4
az.trend.az

5Mənbələr