AZ

“Açar” filmi beynəlxalq platformalarda

Azərbaycanın “OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsal etdiyi “Açar” qısametrajlı bədii filmi dünyanın məşhur internet və kabel televiziyalarında nümayiş olunur.

Kulis.az xəbər verir ki,“Açar” filminin yayım hüquqları "Oscar" və "Emmi" mükafatlı prodüser Colin Laviolanın rəhbərlik etdiyi, ABŞ-ın "7 Palms Entertainment" distribütor şirkətinə məxsusdur. İlk dəfə ABŞ şirkəti tərəfindən Azərbaycan filminin distribüsiyası həyata keçirilərək “Bolt+”, “rlaxx TV”, “VlDAA SA” və “Weyyak TV” onlayn televiziyalarına filmin yayımı ilə əlaqədar lisenziyalar verilib. Hazırda “Amazon”, “Fature Today”, “Tubi”, “Kino Polska”, “Cineverse”, “DirecTV”, “Google Play”, “Sky”, “YouTube Movies and TV”, “Canal+”, “OTT Studio”, “Stash TV”, “Plex” və s. qırxa yaxın beynəlxalq platforma ilə danışıqlar davam etdirilir.

Premyerası Niderlandda baş tutan “Açar” filmi İngiltərə, Fransa, İsveç, Makedoniya, Rumıniya, İtaliya, Bolqarıstan, Türkiyə və Hindistanda beynəlxalq film festivallarında ölkəmizi təmsil edib.

Film Qarabağda işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 30 ilə yaxın qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edir.

Ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Ərşadoğlu, görüntü rejissoru Cavid Oruclu (Delee), quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.

Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.

Seçilən
52
1
kulis.az

2Mənbələr