AZ

Otel çökdü: Bir nəfər öldü

Argentinada icazəsiz tikinti aparılan 10 mərtəbəli otel çöküb.

"Cebheinfo.az" xəbər verir ki, Argentinanın Buenos-Ayres əyalətinin Villa Gesell bölgəsində tikintisi lazımi icazələr alınmadan aparılan 10 mərtəbəli Dubrovnik oteli çərşənbə axşamı səhər saatlarında uçub.

Uçulduqdan sonra axtarış-xilasetmə qrupları sürəti azaltmadan otelin dağıntıları altında işlərə başlayıb və indiyədək 1 nəfərin xilas edildiyi bildirilib. 

Ən azı 15 nəfərin qaldığı oteldə 80 yaşlarında bir şəxsin çökmə nəticəsində öldüyü açıqlanıb.

Yerli hakimiyyət orqanları müvafiq icazəsi olmayan oteldə tikinti işlərinin bələdiyyənin göstərişi ilə avqust ayında dayandırıldığını açıqlasa da, ətrafda yaşayanlar işin davam etdiyini bildiriblər.

Argentina milli təhlükəsizlik naziri Patrisiya Bullriç hadisə yerinə iki ekspert qrupunun göndərildiyini açıqlayıb.

Buenos-Ayres əyalətinin təhlükəsizlik naziri Xavyer Alonso bildirib ki, tikintidə işləyən 4 divar ustası çökməkdən xilas olub və polis tərəfindən saxlanılıb.

Seçilən
14
cebheinfo.az

1Mənbələr