Rusiyada Sankt-Peterburqda evin zirzəmisində 50 yaşlı kişinin mumiyası tapılıb.
Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, mumiya Kolpinoda yerləşən zirzəmisində tapılıb.
Tapıntı barədə polisə yerli sakin məlumat verib. Hadisə yerinə gələn əməliyyatçılar mumiyanı texniki otaqdan çıxarıblar. Cəsədin zirzəmidə uzun müddət qaldığı üçün quruyub.
Mumiya müayinə və ölüm səbəbinin müəyyən edilməsi üçün meyitxanaya göndərilib.