AZ

Mərkəzi Bankın ərazi idarələrinin fəaliyyəti optimallaşdırılır

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarıilə biznes proseslərin optimallaşdırılması çərçivəsində MərkəziBankın Gəncə və Quba Regional Mərkəzlərinin, Sumqayıt Şəhərİdarəsinin cari ilin sonunda fəaliyyətinə xitam verilməsi nəzərdətutulur.

Trend xəbər verir ki, bubarədə AMB məlumat yayıb.

Bildirilib ki, qərarın qəbul edilməsi ölkədə fəaliyyət göstərənbankların nağd pulun logistikası üzrə regional infrastrukturununinkişafı, bu infrastruktur vasitəsilə müvafiq regionlarda nağd pulaolan tələbin ödənilməsi və biznes proseslərin effektivliyininartırılması ilə əlaqədardır.

Bununla da Gəncə Regional Mərkəzində xidmət olunan banklara vəpoçt rabitəsinin milli operatoruna Mərkəzi Bankın Yevlax EhtiyatMərkəzində, Quba Regional Mərkəzi və Sumqayıt Şəhər İdarəsindəxidmət olunan banklara və poçt rabitəsinin milli operatoruna isəMərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov 90 və Əliyar Əliyev 10ünvanlarında yerləşən inzibati binalarında xidmətgöstəriləcəkdir.

Aparılmış optimallaşdırma tədbirləri nəticəsində tədavüləyararsız milli pul nişanlarının dəyişdirilməsi, köhnə nümunəlimilli pul nişanlarının yeni nümunəli pul nişanlarınadəyişdirilməsi, pul nişanlarının ekspertizaya qəbulu, yubiley vəxatirə pul nişanlarının satışı ilə bağlı vətəndaşlar Mərkəzi Bankınaşağıda qeyd olunan ünvanlarına və ya ölkə ərazisində fəaliyyətgöstərən kommersiya banklarına müraciət edə bilərlər.

Bakı şəhəri:

Mərkəzi Bankın inzibati binası, Bülbül prospekti 27

Yevlax şəhəri:

Yevlax Ehtiyat Mərkəzinin inzibati binası, Heydər Əliyevprospekti 82

Biləsuvar şəhəri:

Biləsuvar Regional Mərkəzinin inzibati binası, Heydər Əliyevküçəsi 2B

Naxçıvan şəhəri:

Naxçıvan Muxtar Respublikası İdarəsinin inzibati binası, CəlilMəmmədquluzadə küçəsi 32

Eyni zamanda, maliyyə xidmətləri istehlakçıları yuxarıda qeydedilən ünvanlara yaxınlaşaraq nəzarət subyektləri ilə əlaqədarmüraciətlərini (ərizə, şikayət və ya təklif) şifahi və ya yazılıformada, eləcə də www.contact.e-cbar.az elektronmüraciətlər sistemi vasitəsilə elektron qaydada Mərkəzi Bankaünvanlaya bilərlər. Qəbulda iştirak etmək istəyən şəxslər isəMərkəzi Bankın rəsmi internet səhifəsində “Elektron xidmətlərportalı” vasitəsilə və ya https://randevu.e-cbar.az/home səhifəsinəkeçid edərək onlayn növbə əldə edə bilərlər. Bununla yanaşı,Mərkəzi Bankın fəaliyyəti ilə əlaqədar, o cümlədən yuxarıda qeydolunan istiqamətlər üzrə əlavə suallar yarandığı təqdirdəvətəndaşlara Mərkəzi Bankın “966 Qaynar Xətti” vasitəsi ilə əlaqəyaradılması tövsiyə olunur.

Seçilən
4
44
az.trend.az

10Mənbələr