Ermənistan nümayəndə heyətinin Bakıda keçiriləcək COP29 İqlim Konfransında iştirakı ilə bağlı hələlik qərar yoxdur.
Milli.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda COP29-a səfərlə bağlı qərarın olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib.
Ermənistanın baş naziri Nikol Paşinyan da daha öncə bildirib ki, bu tədbirdə iştirakla bağlı hələ də qərar yoxdur.
Nərmin Mahmudova
Milli.Az