AZ

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfədən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 6 milyard 116,8 milyon ABŞ dolları məbləğində satış olub.

“İki sahil” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,15 dəfə çoxdur.

Təkcə bu ay isə valyuta satışının məbləği 738,7 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,5 dəfə çoxdur.

Seçilən
8
11
ikisahil.az

10Mənbələr