Qaradağ rayon Icra Hakimiyyəti başçısı aparatının Mənzil Kommunal Təsərrüfatı İstehasalat Birliyinin daha bir tenderi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, buna səbəb qanunun bəzi tələblərinin pozulmasıdır.
Belə ki, Qaradağ rayonunda küçə və parklarda görüləcək abadlıq işləri xidmətlərinin satınalınmasını ehtiva edən həmin müsabiqənin “Dövlət satınalamaları haqqında” qanununb 36.1.2-ci maddəsinin tələblərinin yerinə yetirlmədiyi müəyyən edilib. Anti İnhisar və İstehlak Bazarına Nəzarət Xidməti həmin qanunun 33.10-cu maddəsini əsas tutaraq, tenderi ləğv edib.
Bildirək ki, sözügedən işlər üçün Qaradağ İcra Hakimiyyəti 721.316,30 manat vəsait nəzərdə tutubmuş.
Xatırladaq ki, Qaradağın icra başçısı Süleyman Mikayılovdur. O uzun zamandır icra başçısı işləyir. Bundan başqa, bu, sözügedən qurumun ləğv edilən ilk tenderi deyil. Bundan əvvəl də bir neçə sahə üzrə tenderləri ləğv edilmişdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta