AZ

Nistelroy MY-dən getmək niyyətində deyil - Özü açıqladı

Erik ten Haqın qovulmasından sonra "Mançester Yunayted"də müvəqqəti olaraq baş məşqçinin funksiyalarını yerinə yetirən Rud van Nistelroy klubdakı aqibətinin necə olacağı ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, "Sky Sports" onun sözlərini belə çatdırıb:

"Bura köməkçi məşqçi kimi qayıtmışam. İndiki işimdə də nə qədər lazımdırsa, o qədər kömək edəcəm. Gələcəkdə "Yunayted"də istənilən vəzifədə qalmağa hazıram".

Futbolçu kimi MY-nin formasını geyinmiş van Nistelroy bu yay İngiltərə nəhəngində həmyerlisi ten Haqın köməkçisi qismində fəaliyyətə başlayıb.

"Qırmızı şeytanlar"ın baş məşqçi postunu "Sportinq"in çalışdırıcısı Ruben Amorimin və ya Xavinin tutacağı gözlənilir.

Nihat

Seçilən
1
fanat.az

1Mənbələr