AZ

Rusiyanın Şimali Koreya hərbiçilərindən istifadə etməsi Qərblə qarşıdurmada yeni mərhələyə keçib- ÖZƏL

"Ukrayna prezidenti Volodimir Zelenski Ali Radada çıxışında Ukrayna qoşunlarının təchizatında problemlər olduğu üçün geri çəkilməsi barədə əmri özünün verdiyini qeyd edib. Həmçinin ABŞ hərbi yardımın yalnız 10 faizini Ukraynaya çatdırdığını, bunun yetərli olmadığıni xüsusi olaraq vurğuladı. Rusiyanın artan hücumlarının qarşısını almaqda çətinlik çəkən Ukrayna qoşunları sağ qalmaq üçün geri çəkilir. Vaşinqton Ukraynaya Rusiya qoşunlarını durdura biləcək silahlar vermir. Bununla da ABŞ yalnız öz strateji siyasəti üçün bu müharibədən istifadə edir". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Hazırda Ukrayna qoşunları Kurskda və Donbasda Rusiya qoşunlarının hücumunun dayandırılmasında ciddi problemlərlə üzləşib. ABŞ -ın müdafiə naziri L. Otsin Rusiyanın Ukraynada qələbə əldə etməsinə imkan verməyəcəklərini elan edib. Amma, Ukrayna qoşunlarının taqətdən düşməsi və səfərbərlik problemi nizami ordunun komplektləşdirilməsində mənfi təsirləri qaçılmaz edir. 
Rusiyanın Şimali Koreya hərbiçilərindən istifadə etməsi Qərblə qarşıdurmada yeni mərhələyə keçib. Rusiyaya gələn Şimali Koreya qoşunlarının ilk etapi Kursk döyüşlərinə göndərilib. Həmçinin Donbasa da da göndərilməsi istisna deyil. Göründüyü kimi, Rusiya cəbhənin bütün istiqamətlərində təşəbbüsü ələ alıb. Belə bir situasiyada V. Putin Ukrayna ilə danışıqlar da maraqlı deyil. V. Putinin bir tələbi var. Bu tələb  Zelenskinin  kapitulyasiyaya imza atıb, Ukraynani Moskvaya  verib cixib getməsidir.
Təbii ki, Rusiya qoşunları hücum əməliyyatlarıni intensivləşdirib daha da irəliləyişlərə nail olarsa, ABŞ hərəkətə keçəcək. Hazırda Ukrayna çətin sınaqlarla üzləşib və görünür Vaşinqton V.Zelenskiyə ciddi təzyiqlər edir. ABŞ-ın Ukrayna siyasəti və lazımi hərbi yardımların edilməməsi V. Zelenskinin "Qələbə planını" qəbul etməməsi, bu ölkəni Rusiyaya qarşı pladsarm kimi istifadə etməsi görüntüsü yaradılıb. Görünür, ABŞ Rusiyanın strateji cəhətdən zəiflətmək və resurslarıni tükəndirməyi hədəfləyib. Məhz Rusiyanın Şimali Koreyadan 10 mindən artıq hərbiçi gətirməsi bu ölkənin resurslarınin tükəndiyini, çağırışçı problemi ilə üz-üzə qaldığını göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
88
24
olaylar.az

10Mənbələr