Esenyurdun CHP-dən olan bələdiyyə sədrinin həbsindən sonra partiya bütün Türkiyədəki 411 bələdiyyə sədrini İstanbula çağırıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, bütün bələdiyyə sədrlərinin proqramlarını ləğv edib yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 17:00) Esenyurd bələdiyyəsinin qarşısına toplanması gözlənilir.
Qeyd edək ki, Esenyurd bələdiyyə sədri Əhməd Özər PKK üzvlüyü ittihamı ilə həbs olunub.