AZ

Türkiyənin xarici ticarət dövriyyəsi 50 milyard dollara yaxınlaşır

Bakı. Trend:

Bu ilin sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49milyard 103 milyon dollar olub.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Ticarət Nazirliyindənbildiriblər.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin sentyabr ayındaTürkiyənin ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 1,9 faizazalaraq 21 milyard 987 milyon dollar, idxalı isə 1,4 faiz azalaraq27 milyon 116 min dollar olub.

“Bu ilin yanvar – sentyabr ayında Türkiyənin xarici ticarətdövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 443 milyard 937milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr ayındaTürkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 faizartaraq 191 milyard 754 milyon dollara, idxalı isə 8,1 faizazalaraq 252 milyard 183 milyon dollar olub.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü iləmüqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Seçilən
2
13
az.trend.az

9Mənbələr