AZ

McDonald's hamburgerində ölümə səbəb olan bakteriya

McDonald's

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) ölkənin 13 ştatında McDonald's "Quarter Pounder" hamburgerində tapılan koli bakteriyası (E.Coli) ilə bağlı cari məlumatları açıqlayıb.

Xalqcebhesi.az Türkiyənin “milliyet.com.tr” saytına istinadən xəbər verir ki, açıqlamada bu bakteriya səbəbindən xəstələnənlərin sayının 90-a çatdığını, 27 nəfərin isə xəstəxanaya yerləşdirdiyi bildirilib.

ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən qeyd edilib ki, McDonald's “Quarter Pounder” hamburgerlərində istifadə edilən dilimlənmiş soğanlar bu bakteriyaya səbəb ola bilər. Açıqlamada bildirilib ki, zərərçəkmiş əyalətlərdəki restoranlarda bu ərzaqların istifadəsi dayandırılıb.

Qeyd edək ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi daha öncə oktyabrın 23-də sözügedən bakteriya səbəbindən xəstələnən 49 nəfərdən birinin öldüyünü elan edib. Həmçinin bu səbəbdən McDonald's bəzi yerlərdə həmin hamburgerlərin satışını və şübhəli ərzaqların istifadəsini dayandırdığını bildirib.

Seçilən
34
xalqcebhesi.az

1Mənbələr