AZ

Saxlanma Mərkəzində əcnəbilər dini ədəbiyyatla təmin ediləcək

Bakı. Trend:

Saxlanma Mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayanşəxslər tərəfindən dini ayinlərin yerinə yetirilməsi, diniləvazimatdan və ədəbiyyatdan istifadə edilməsi qaydası müəyyənedilir.

Trend xəbər verir ki, bununlabağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğukomitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılanMiqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığıolmayan şəxslərin vicdan və dini azadlığına təminat verilir. OnlarMərkəzdə dini ayinləri yerinə yetirmək, dini ləvazimatdan vəədəbiyyatdan istifadə etmək hüququna malikdirlər.

Dini ayinlərin yerinə yetirilməsi üçün Mərkəzin rəisi tərəfindənmüvafiq şərait yaradılır. Mərkəzdə saxlanılan əcnəbilərin vəvətəndaşlığı olmayan şəxslərin saxlandıqları yaşayış otaqlarında vəyaxud bu məqsədlər üçün nəzərdə tutulmuş xüsusi otaqlarda diniayinlərin yerinə yetirilməsi Mərkəzdə saxlanılan digər əcnəbilərinvə vətəndaşlığı olmayan şəxslərin hüquqlarını pozmamalıdır.

Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayanşəxslərin xahişi ilə Azərbaycan Respublikasının normativ hüquqiaktları ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmişdini birliklərdən onlara mənəvi yardım göstərilməsi və diniayinlərin icra edilməsi üçün din xadimləri dəvət olunabilərlər.

Seçilən
15
5
az.trend.az

6Mənbələr