AZ

Saxlanma Mərkəzində əcnəbinin tibbi-sanitariya təminatı ilə bağlı yeni qaydalar müəyyən olunur

Bakı. Trend:

Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsintibbi-sanitariya təminatı ilə bağlı yeni qaydalar müəyyənolunur.

Trend xəbər verir ki, bununlabağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğukomitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılanMiqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığıolmayan şəxs Mərkəzə qəbul edildiyi andan 24 saat müddətində tibbimüayinədən keçirilir, qəbul edilən hər bir əcnəbiyə və vətəndaşlığıolmayan şəxsə tibbi kitabça tərtib olunur. Tibbi müayinə digərşəxslərin iştirakı olmadan (təhlükəsizlik tədbirləri ilə bağlıhallar istisna olmaqla) tibb işçiləri tərəfindən aparılır.

Tibbi müayinə zamanı əcnəbidə və vətəndaşlığı olmayan şəxsdəbədən xəsarətləri və ya Mərkəzə yerləşdirilənə qədər onun hər hansıişgəncəyə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldanrəftara məruz qalması müşahidə olunarsa, bu barədə tibb işçisitərəfindən dərhal Mərkəz işçisinə məlumat verilir.

İşgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqətialçaldan rəftarla əlaqədar şikayətlər, habelə tibbi müayinə zamanıaşkar edilən işgəncə və ya digər qəddar, qeyri-insani, yaxudləyaqəti alçaldan rəftar nəticəsində törədildiyi ehtimal edilənbədən xəsarətləri barədə yazılı məlumatlar müvafiq icra hakimiyyətiorqanı vasitəsilə araşdırma aparılması üçün dərhal müvafiqprokurorluq orqanına gonderilir.

Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxsxəstələndikdə və ya bədən xəsarəti aldıqda, onların tibbi müayinəsitibb işçiləri tərəfindən dərhal həyata keçirilir. Tibbi müayinəninnəticələri qeydə alınaraq, Mərkəzdə saxlanılan əcnəbiyə vəvətəndaşlığı olmayan şəxsə, eləcə də müraciət olduqda, həminəcnəbinin və vətəndaşlığı olmayan şəxsin müdafiəçisinə təqdimedilir.

Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin,yaxud onun müdafiəçisinin vəsatəti ilə Mərkəz rəisinin qərarıəsasında tibbi müayinəyə başqa tibb müəssisələrinin həkimmütəxəssisləri cəlb edilə bilərlər. Bu halda, dəvət edilən həkimmütəxəssislər tərəfindən keçirilən tibbi müayinənin xərcləri bubarədə vəsatət verən şəxsin vəsaiti hesabına ödənilir.

Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxsMərkəzdən azad edilməzdən (və ya buraxılmazdan) və ya digər Mərkəzəköçürülməzdən əvvəl tibb işçiləri tərəfindən tibbi müayinədənkeçirilir və bu barədə tibbi kitabçada qeyd aparılır.

Seçilən
21
2
az.trend.az

7Mənbələr