AZ

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin saxlanılma müddəti ilə bağlı yeni qaydalar müəyyən edilir

Bakı. Trend:

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, qanunsuzmiqrantların Saxlanma Mərkəzində saxlanılması müddəti ilə bağlıyeni qaydalar müəyyən edilir.

Trend xəbər verir ki, bununlabağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğukomitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılanMiqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, onların Mərkəzdə yerləşdirilməsi barədəqərara uyğun olaraq Mərkəzə qəbul edildikləri andan hesablanır.Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxsləronların Mərkəzdə yerləşdirilməsi barədə qəbul edilmiş qərardagöstərilən müddətdən artıq Mərkəzdə saxlanıla bilməzlər.
Bu müddət başa çatanadək həmin əcnəbilərin və vətəndaşlığı olmayanşəxslərin Mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azadedilməsi (və ya buraxılması) məsələsi həll olunmalıdır. Mərkəzrəisi bu barədə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Mərkəzdəyerləşdirilməsi müddətinin başa çatmasına 1 (bir) iş günü qalmışmüvafiq icra hakimiyyəti orqanına şifahi və ya yazılı qaydadaməlumat verir.

Məhkəmənin qərarı əsasında uzadılma halları istisna olmaqla,müvafiq icra hakimiyyəti orqanı əcnəbilərin və vətəndaşlığı olmayanşəxslərin Mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azadedilməsi (ve ya buraxılması) haqqında qərar qəbul edir.

Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsinMerkezde yerləşdirilməsi müddətinin uzadılması, yaxud azad edilməsi(və ya buraxılması) haqqında qərar Mərkəzə daxil olduqda buMəcəllənin 82.6-cı maddəsi nəzərə alınmaqla dərhal icraedilməlidir.

Seçilən
30
17
az.trend.az

10Mənbələr