AZ

Rüşvət almaqda ittiham olunan məktəb direktoruna hökm oxunub

Rüşvət almaqda təqsirləndirilən məktəb direktorunun məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Vurğun Mənsimov 5 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Yardımlı rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru vəzifəsində çalışıb.

Ona Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ittiham irəli sürülüb.

Cinayət işi üzrə 2 nəfər təhsil işçisi zərərçəkmiş qismində tanınıb.

Seçilən
7
8
apa.az

9Mənbələr