"Əlbəttə, Ronaldunun ən yaxşı oyunçu olduğunu hamımız bilirik. Amma Səudiyyə Ərəbistanında Kriştianudan daha çox qol vuracağıma ümid edirəm".
Fanat.Az xəbər verir ki, bunu "Əl-Əhli"nin hücumçusu Ayvan Toni deyib.
"Talk Sport"a danışan forvard özü ilə yarışdığını vurğulayıb: "Başqalarının nə etdiyinə baxmıram. Ronaldudan çox qol vurmaq istəyirəm, amma düzü, daha çox özümlə yarışıram. Öz oyunuma diqqət ayırmağı, ən yaxşı bacardığım şeyləri etməyi hədəfləmişəm".
Xatırladaq ki, Toni cari mövsümün əvvəlindən "Əl-Əhli"nin formasını geyinir. Artıq yeni komandasında 10 oyun keçirən Ayvan 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub.
Nihat