Avtomobil nəhəngi "Stellantis" ("Chrysler", "Jeep", "Fiat", "Citroen" və "Peugeot" markaları) gəlirini 27% azaldıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
"Stellantis"in iyul-sentyabr aylarında gəliri 33 milyard avro təşkil edib. Avtomobil satışları 20% azalaraq 1,148 milyona enib.
Qeyd olunub ki, şirkətin səhmləri bu ilin əvvəlindən 41% ucuzlaşıb.