AZ

Livanda bir il ərzində 100-dən çox tibb işçisi ölüb

Yaxın Şərqdə vəziyyətin pisləşməsi səbəbindən bir il ərzində Livanda ən azı 102 tibb işçisi həlak olub, 83-ü isə yaralanıb.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Departamentinin Livandakı nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, 8 oktyabr 2023-cü ildən bəri Livanda tibb müəssisələrinə ən azı 55, təcili yardım maşınlarına isə 27 hücum qeydə alınıb. 

Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hava hücumları ötən il 2600-dən çox insanın ölümünə və 12400-dən çoxunun yaralanmasına səbəb olub. Bundan başqa, təxminən 1,3 milyon insan münaqişə zamanı evlərini tərk etmək məcburiyyətində qalıb.

Gülşən Şərif

Seçilən
21
1
bakivaxti.az

2Mənbələr