Prezidentin tapşırığından sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi maaş və pensiya artımı ilə bağlı təklifləri hazırlamalıdır və çox güman ki, yaxın günlərdə təqdim edəcək. Çünki Prezidentin tapşırığını yerinə yetirməyə bilməzlər.
Bu sözləri Axar.az-a iqtisadçı Natiq Cəfərli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əmək haqqı və pensiyaların artırılması ilə bağlı təkliflərin hələ də təqdim olunmamasına münasibət bildirərkən deyib.
“Bu ayın əvvəlindən müzakirələr başlamalı, 1 noyabra qədər təqdim edilməli idi. Gecikmənin səbəbi, məncə, ortaq konsensusun olmaması ilə bağlıdır. Yəni minimum pensiya və maaşlar necə və qədər artırılmalıdır, hələ razılaşdıra bilməyiblər. Ona görə də bu məsələnin müzakirəsi gecikdirilir”, - ekspert bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əmək haqqı yenidən artırılacaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təkliflərini noyabrın 1-dək təqdim edəcəyi gözlənilirdi.
Vəd edilən tarix sabah başa çatsa da, nazirliyin bununla bağlı heç bir reaksiyası yoxdur.