Taksi sifarişi və yeməklərin çatdırılması xidmətləri göstərən Amerikanın "Uber Technologies" şirkəti gəlirini 12 dəfə artırıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
Belə ki, bu ilin üçüncü rübündə Uber sürücülərinin etdiyi səyahətlərin sayı 17% artaraq 2,87 milyarda çatıb.
Sərbəst pul axını 905 milyon dollardan 2,11 milyard dollara yüksəlib.