AZ

62 yaşlı qadın ərini sinəsindən vurub öldürdü

Rusiyanın Sankt-Peterburq şəhərində 62 yaşlı pensiyaçı münaqişə zamanı ərini sinəsindən bıçaqlayaraq, öldürüb.

Lent.az bildirir ki, hadisə Marşal Jukov prospektindəki yaşayış binasında baş verib. Təqaüdçü əri ilə mübahisə edib, daha sonra bıçağı götürərək kişinin sinəsindən bıçaqlayıb. Nəticədə kişi ölüb.

Qadın saxlanılaraq, cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Seçilən
36
1
medianews.az

2Mənbələr