"ATV Plus" MMC audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərini pozduğuna görə cərimələnib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Audiovizual Şura tərəfindən İnzibati Xətalar 381.11-ci (Məcəlləsinin Media haqqında qanunvericiliyin pozulması, Audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulmasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulmasına görə vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, Audiovizual Şura tərəfindən 4 oktyabr 2024-cü il tarixdə "ATV Plus" MMC-nin retranslyasiya paketin hüquqi sənəd olmadan xarici televiziya kanalının retranslyasiya (hər hansı texnologiyadan istifadə etməklə televiziya və ya radio kanallarının, habelə proqramların və ya onların hissələrinin məzmununa dəyişiklik edilmədən yayımlandığı anda qəbulu və ötürülməsi) olunması faktı aşkarlanıb və inzibati xəta haqqında protokol tərtib edilib, baxılması üçün məhkəməyə göndərilmişdir.