Bakı. Trend:
Rusiyanın Tomsk vilayətindən olan biznes-missiyalarınAzərbaycana səfəri başlayıb.
Bu barədə Trend-ə RusiyaTicarət Nümayəndəliyindən məlumat verilib.
Missiyanın tərkibinə insan bədəninin real yenilənə bilənbiotibbi trenajor-simulyatorlarının hazırlanması, bio-dondurulmuşməhsullar, probiotiklər və ağac materiallarından alınmışekstraktlara əsaslanan bioloji aktiv əlavələrin (BAƏ) istehsalı iləməşğul olan şirkətlər daxildir.
Tomsk vilayətinin ixraca dəstək mərkəzinin rəhbəri AleksandrBelyayev Trend-ə bildirib ki,Tomsk vilayəti uzun müddətdir ki, Azərbaycanla məhsuldar əməkdaşlıqedir.
"Bizim universitetlər və müəssisələr əməkdaşlığın inkişafındamaraqlıdırlar. Bu il kiçik və orta müəssisələrin tələbi əsasındabiz Bakıda biznes-missiyalar təşkil etdik. Ümid edirik ki,şirkətlərimiz arasında aparılan danışıqlar qarşılıqlı və faydalıəlaqələr və müqavilələr ilə nəticələnəcək. Bu əməkdaşlığın davamedəcəyinə ümid edirik və gələn il də Tomsk vilayəti ilə Azərbaycanarasında əməkdaşlığın inkişafına dair tədbirlər təşkil etməyiplanlaşdırırıq", - o əlavə edib.
Qeyd edək ki, biznes-missiyaların səfəri 2 noyabra qədər davamedəcək.