AZ

Mahir Emreli: "Komandamla fəxr edirəm"

"Komandamla fəxr edirəm".

Sportnet.az xəbər verir ki, bunu "Nürnberq" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli şəxsi instaqram səhifəsində yazıb.

"Hoffenhaym"a ötən gün uduzduqları (1:2) Almaniya Kubokunun 1/16 final matçında fərqlənən 27 yaşlı hücumçu fantastik dəstəyə görə azarkeşlərə təşəkkür edib:

"Dünən baş verənlər haqqında çox danışa bilərik. Amma bu, bizi heç yerə aparmayacaq. Final fitinədək hər şeyi etdik. Uğur qazanmaq üçün çox çalışacağıq".

Qeyd edək ki, M.Emreli “Nürnberq” ilə "1+1" illik müqavilə imzalayıb. Forvard II Bundesliqada keçirdikləri son iki qarşılaşmada qol vurub. Forvard IX turda "Qroyter Fyurt"a qalib gəldikləri (4:0) matçda hesabı açıb. O, "Reqensburq"u 8:2 hesabı ilə üstələdikləri görüşdə isə ikinci qolun müəllifi olub.


Seçilən
29
8
sportnet.az

10Mənbələr