AZ

İçərişəhərdə COP29 ərəfəsində sıfır tullantı və davamlılığı təşviq edən sərgi açılıb (FOTO)

Bakı. Trend:

Ölkəmizdə baş tutacaq Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyası (COP29) ərəfəsində Şirvanşahlar Sarayı Kompleksində“Qurama Art: Zamanın vəhdəti” adlı sərginin açılışı keçirilib.

Bu barədə Trend-ə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuİdarəsindən məlumat verilib.

Sərgi xüsusilə qurama sənətinin ekoloji məsuliyyət vədayanıqlılıq aspektinə diqqət çəkərək, təbiətə hörmət vəresursların səmərəli istifadəsini vurğulayır.

Sərginin açılış mərasimində çıxış edən İçərişəhər DövlətTarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev,əvvəlcə Azərbaycanda dövlətin ekologiya və ətraf mühitinmühafizəsinə ayırdığı diqqətdən və müvafiq olaraq bu istiqamətdəAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindənverilən qərarların və sərəncamların əhəmiyyətindən danışıb.

Aparat rəhbəri, açılışı baş tutan sərginin məqsədinin yalnızqurama sənətinin milli irs kimi yaşadılmasının əhəmiyyətini deyil,həm də bu “eko-dost” sənət növü vasitəsilə ekoloji şüurungenişləndirilməsi və ətraf mühitin mühafizəsinə diqqət yetirilməsiistiqamətində töhfə verilməsi olduğunu qeyd edib. O, quramasənətinin qalıq parça materiallarından təkrar istifadə etməkləsıfır tullantı və dayanıqlığı təşviq etdiyini, tullantı hesabolunan parça qalıqlarına “ikinci həyat” verərək, həm ekolojiməsuliyyət, həm də yaradıcılıq baxımından müsbət təsirlər yaradabildiyini bildirib. Bu yanaşmanın, yalnız sənət sahəsində deyil,eyni zamanda cəmiyyətin ekoloji davranışlarının formalaşmasında daəhəmiyyətli rol oynadığını əlavə edib.

Daha sonra qonaqlar, qurama sənətinin qədim texnikalarınıqoruyaraq müasir dövrə adaptasiya edən sərgidə, dayanıqlılıq vəənənənin müasir texnologiya ilə vəhdətini əks etdirən XIX-XXIəsrlərə aid qurama nümunələri və bu sənət növündə yenilik sayılanrəqəmsal qurama nümunələri ilə tanış olublar.

“Qurama Art: Zamanın vəhdəti” sərgisinin keçirilməsi 12 noyabrtarixinədək Şirvanşahlar Sarayı Kompleksində, 15-30 noyabrtarixlərində isə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda davamedəcəkdir.

Qeyd edək ki, “İçərişəhər” DTMQİ nəzdindəki “Qala” DövlətTarix-Etnoqrafiya Qoruğunda yerləşən “Qurama” Mərkəzi Azərbaycanənənələrində dərin köklərə malik qurama sənəti irsinin yenidəndirçəldilib yaşadılmasına dəstək verir. 2022-ci ildən başlayaraq,“İçərişəhər” DTMQİ-nin təşkilatçılığı ilə Milli QuramaFestivalları, 2024-cü ildə Türk Mədəniyyəti və İrsi Fondununtərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə təşkil olunan BeynəlxalqQurama Festivalı keçirilib.

İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
Seçilən
65
10
az.trend.az

10Mənbələr