Avropa Komissiyasının prezidenti Ursula von der Leyen yeni ideya irəli sürüb.
KONKRET.az xəbər verir ki, von der Leyen Avropa İttifaqı daxilində Mərkəzi Kəşfiyyat İdarəsinin analoqunu yaratmağı təklif edib. Qeyd olunur ki, belə bir xidmətin məqsədi Avropa ölkələrində fəaliyyət göstərən diversantları və xarici agentləri müəyyən etmək olacaq. Mənbə bildirir ki, Brüssel tezliklə yüksək riskli missiyalarda iştirak üçün ən yaxşı və ən parlaq namizədləri seçməyə başlayacaq.
Vəli Həsənoğlu,
KONKRET.az