AZ

Məşhur tibb mərkəzi ilə bağlı cinayət işi açıldı

Bakıda tibb mərkəzi ilə bağlı cinayət işi başlanıb.

News24.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən "General Hospital" Tibb Mərkəzində yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı həmin klininkanın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə əmək qabiliyyətinin olmaması barədə saxta vərəqələrin verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Seçilən
7
49
news24.az

10Mənbələr