Sülh müqaviləsinin imzalanması ilə bağlı iki aylıq fikir ayrılıqlarından sonra Bakı və İravan Ermənistan rəsmilərinin təklif etdiyi “razılaşdırılmış bəndlərdən ibarət olan sənədi” imzalamadılar. Əksinə, Bakının tələbi üzrə razılıq əldə olunmayan məqamların razılaşdırılması üzərində işləməyə davam edirlər.
Bu gün Ermənistan parlamentdə xarici işlər naziri Ararat Mirzoyan da bu barədə danışıb.
“İndi biz başa düşürük ki, üzərində işləməyə davam edəcəyimiz daha 1-2 formula var. Bu da normal danışıqlar prosesidir. Ehtiyatlı nikbinliyimi bildirməliyəm ki, yaxın vaxtlarda biz də həmin 1-2 formula üzrə razılığa gələ biləcəyik, ondan sonra müqavilə imzalanmağa hazır olacaq”, - Mirzoyan qeyd edib.
Ermənistanın Baş nazir Nikol Paşinyan bəyan edib ki, danışıqlar masasında olan sülh müqaviləsinin variantı 17 bənddən ibarətdir, onlardan 13-ü tam razılaşdırılıb, üçü qismən razılaşdırılıb və bir bənd üzrə ümumiyyətlə razılaşma yoxdur.
Xarici işlər naziri çıxışında neçə bəndin razılaşdırmağa çalışdıqlarına aydınlıq gətirməyib, ümumiyyətlə, müzakirənin bir-iki ifadə ətrafında olduğunu bildirib.
Dünən Ermənistan Baş nazir Aparatının rəhbəri Araik Arutyunyan danışıqların qismən razılaşdırılmış üç bənd üzrə davam etdiyini desə də Ararat Mirzoyan o barədə danışmaqdan imtina edib.
“Konkret mətnlərin mahiyyətini və ya mövzusunu açıqlamadan deyə bilərəm ki, onlar Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinin müəyyən nüanslarına istinad edir. Əgər onlar razılaşdırılsa, tənzimləmə prosesi başa çatacaq”, - nazir vurğulayıb.
“AzPolitika.info”