AZ

"Bakıda aktiv sürüşmə zonalarında çoxmənzilli binalar inşa olunub" - Ekspertdən XƏBƏRDARLIQ

Paytaxt Bakının bir sıra ərazilərində zaman-zaman torpaq sürüşməsi halları baş verib. Bir çox hallarda hadisənin olduğu yerlərdə həm də fərdi evlər mövcuddur.

Bəs Bakıda torpaq sürüşməsi ehtimalı olan yerlərdə tikilən evlər sökülə bilər?

Bu barədə daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı Redaktor.az-a açıqlamasında bildirdi ki, Bakının və Abşeronun seysmik xəritəsi mövcuddur və bu xəritə müvafiq icra hakimiyyəti orqanlarında, eyni zamanda Fövqəladə Hallar Nazirliyində də var:

"Bu xəritədə paytaxt ərazisindəki aktiv sürüşmə əraziləri, vulkanik və digər ərazilər öz əksini tapır. Təəssüflə qeyd etməliyəm ki, bəzi ərazilər aktiv sürüşmə zonası kimi qeyd olunsa da, orada çoxmənzilli binalar inşa olunub. Həmin çoxmənzilli binalarda illərdir yaşayan insanlar var. Ona görə də bu məsələ ayrılıqda bir müzakirə predmetidir. Hesab etmirəm ki, hökumətin bununla bağlı bu gün iqtisadi imkanları o səviyyədədir ki, paytaxtın bütün seysmik və sürüşmə ərazilərinin hamısında köçürmə işlərini həyata keçirsin. Bu, kifayət qədər böyük maliyyə resursları tələb edən bir məsələdir".

R.Osmanlının sözlərinə görə, bu məsələ gələcək üçün prioritet olmalıdır ki, ən azından tikintiyə icazə verən, nəzarət edən təşkilatlar, eyni zamanda FHN həmin ərazilərdə aparılan tikinti işlərinə ciddi nəzarət etsinlər və aktiv sürüşmə ərazilərində tikintini tamamilə dayandırılsın.

Sevinc İBRAHİMZADƏ

Seçilən
14
2
redaktor.az

3Mənbələr