Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son oyunda “Qəbələ” və “Baku Sportinq” komandaları üz-üzə gəliblər. Görüş ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə bitib. Bölgə təmsilçisinin növbəti raunddakı rəqibi “Qarabağ” olacaq.
Qeyd edək ki, II təsnifat mərhələsinin əvvəlki oyunlarında "Turan Tovuz" "Hypers Guba"nı 7:2, MOİK "Şimal”ı 3:1, “Araz -Naxçıvan" "Şahdağ Qusar"ı 4:0, "Kəpəz" "Ağdaş"ı, “Səbail" "Dinamo"nu 6:0, “Şamaxı” “Şəmkir”i 6:1, “Mingəçevir” “Zaqatala”nı 1:0, “Qaradağ Lökbatan” “Karvan”ı 3:0, “Difai” “Şəfa”nı 3:2, “İmişli” isə “Cəbrayıl”ı 5:1 hesabı ilə üstələyərək 1/8 finala vəsiqə qazanıb.