Bakı. Trend:
COP29 əməliyyatlarının həyata keçirilməsi ilə bağlı 4 noyabr2024-cü il tarixindən 10 noyabr 2024-cü il tarixinədək "Koroğlu"Nəqliyyat Mübadilə Mərkəzi (Atletlər kəndi tərəf), Bakı OlimpiyaStadionu və ətraf ərazilər üzrə nəqliyyat vasitələrinin hərəkətiməhdudlaşdırılacaq.
Bu barədə Trend-ə AzərbaycanYerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Bildirilir ki, bununla əlaqədar olaraq "Koroğlu" NəqliyyatMübadilə Mərkəzinə ("Koroğlu" NMM) daxil olan 31 sayda müntəzəmmarşrutun son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək.
"Həmçinin E1 nömrəli marşrutun fəaliyyəti müvəqqəti olaraqdayandırılacaq. Marşrutların son dayanacaqları müəyyən edilmişdigər ərazilər üzrə təyin ediləcək.
Marşrutlar üzrə edilən dəyişikliklər:
- 1 nömrəli marşrut "28 May" metrostansiyası istiqamətində"Koroğlu" NMM-ə daxil olmadan Heydər Əliyev prospekti kənar hərəkəthissəsində mövcud dayanacaqda ("Koroğlu" metrostansiyası, Atletlərkəndi tərəf) dayanmaqla fəaliyyət göstərəcək;
- 24 nömrəli marşrut "Nəriman Nərimanov" metrostansiyasıistiqamətində Ziya Bünyadov prospektində (Yerüstü piyada keçidi),Qaraçuxur qəsəbəsi istiqamətində isə "Koroğlu" NMM (“Piramida”tərəf) dayanacağa daxil olmaqla fəaliyyət göstərəcək;
- 93 nömrəli marşrut "Koroğlu" NMM-ə daxil olmadan fəaliyyətgöstərəcək;
- 163, 60 və 13 nömrəli marşrutların son dayanacaq məntəqəsi"Koroğlu" NMM (“Piramida” tərəf) təyin edilmişdir;
- 184 nömrəli marşrut "Ulduz" metrostansiyası və Suraxanıqəsəbəsi istiqamətində "Koroğlu" metrostansiyasında yerləşəndayanacağa daxil olmadan fəaliyyət göstərəcək;
- 197 və 198 nömrəli marşrutlar son dayanacaq məntəqəsi Zabratdairəsi olmaqla fəaliyyət göstərəcək;
- 14 sayda (7B, 38, 71, 107, 118A, 118B, 131, 139, 173A, 173B,189, 204, 216, 217, M8) marşrutun son dayanacaq məntəqəsi “Ulduz”metrostansiyası təyin edilmişdir;
- 15, 148 və 162 nömrəli marşrutların son dayanacaq məntəqəsi"Qara Qarayev" metrostansiyası təyin edilmişdir;
- 166 və 38 nömrəli marşrutlar "Koroğlu" NMM-ə (Atletlər kənditərəf) daxil olmadan fəaliyyət göstərəcək;
- 62, 70, 184 və 214 nömrəli marşrutlar "Koroğlu" NMM-ə(Atletlər kəndi və "Piramida" tərəf) daxil olmadan fəaliyyətgöstərəcək.
H1 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik nəzərdətutulmayıb.
Sərnişinlərdən müvəqqəti dəyişiklikləri anlayışla qarşılamaq vətəyin edilmiş hərəkət sxemlərinə uyğun olaraq ictimai nəqliyyatxidmətlərindən istifadə etmələri xahiş olunur", - məlumatda qeydolunub.